Kreml Kiyevə təzyiq etməyə çağırıb | VİDEO

Kreml Kiyevə təzyiq etməyə çağırıb    | VİDEO
  16 İyul 2025    Oxunub:725
Rusiya Moskva ilə Kiyev arasında danışıqların yeni mərhələsinin baş tutması üçün hamını Ukraynaya təzyiq göstərməyə səsləyib.
AzVision.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov belə müraciətlə çıxış edib. Onun sözlərinə görə, bu kontekstdə əsas vasitəçi qüvvələr ABŞ prezidenti Donald Tramp və onun administrasiyası ola bilər.

“Amerika lideri Rusiyadan məyus olduğuna dair çoxlu bəyanatlar verib. Biz, əlbəttə ümid etmək istəyirik ki, bununla parallel şəkildə, danışıqları davam etdirmək üçün Ukrayna tərəfinə də təzyiqlər olunur”, - Kremlin sözçüsü vurğulayıb.

Hələ iyulun 10-da Dmitri Peskov bildirib ki, Moskva Ukraynadakı münaqişənin həllinə yönəlmiş birbaşa danışıqları davam etdirməyə hazır olması və ya ondan imtina etməsi ilə bağlı Kiyevdən aydın siqnal gözləyir.

Jurnalistlərin sülh prosesinin dayanıb-dayanmadığı barədə sualın cababında Kremlin sözçüsü hələlik belə bir nəticə çıxarmağın mümkün olmadığını deyib.


Sahil İsgəndərov
AzVision.az


Teqlər: Kreml   Kiyev   təzyiq  



Xəbər lenti